XİDMƏTLƏRİMİZ
“MİD” MMC komandası olaraq Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlara, sahibkarlara , fiziki şəxs və fərdlərə bir sıra xidmətlər təklif edirik. Göstərdiyimiz xidmətlərə idarəetmə sistemi standartları üzrə məsləhət, audit, auditdə dəstək, təlim, texniki sənədlərin hazırlanması və kouçinq xidmətlərinin göstərilməsi daxildir.

İdarəetmə sistemi standartlarının tətbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Mərkəzimiz təsis olunduğu gündən keyfiyyəti idarəetmə, qida təhlükəsizliyi, peşə sağlamlığı və təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və s. üzrə bir sıra məsləhət xidməti layihəsini həyata keçirmişdir. Mərkəzimiz beynəlxalq standartları tətbiq etmək istəyən, ancaq müəyyən maliyyə problemi yaşayan müəssisə və təşkilatlara, onların göstəriləcək məsləhət xidmətinin beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilməsini təmin etmək yolu ilə dəstək verir.

Təlimlərin təşkili və keçirilməsi əsas fəaliyyət istiqamətlərindəndir. Yarandığı gündən etibarən idarəetmə sistemləri üzrə bir çox mövzularda seminar, təlim və kurslar təşkil etməklə aparıcı şirkət personalını və fərdi iştirakçıları təlimləndirmişik.

Mərkəzimizin göstərdiyi xidmətlərindən birini də auditin aparılmasıdır. Biz öz müştərilərimiz üçün daxili, diaqnostik və təchizatçıların auditi üzrə xidmətlər təklif edirik. Göstərdiyimiz audit xidmətləri bir qayda olaraq beynəlxalq idarəetmə sistemi standartlarının tələblərinin hansı səviyyədə yerinə yetirilməsini müəyyən etməklə bağlı olur.

Mərkəzimiz beynəlxalq standartların tələblərinə uyğunluğu təmin etmək məqsədi ilə təşkilatlara tələb olunan sənədləşmənin hazırlanması üzrə xidmət göstərir.

Coaching — insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi inkişaf prosesidir.Biz iş həyatda müsbət dəyişikliklərə qərar verən insanlara yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün dəstək oluruq. Bu xidmətimizi əsas məqsədi xidməti alan şəxslərin potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır.

MÜŞTƏRİLƏRİMİZ

XİDMƏTLƏRİMİZ ÜZRƏ MÜRACİƏT